İsrail Qəzzada 10 hədəfə zərbələr endirib

İsrail Qəzzada 10 hədəfə zərbələr endirib
# 03 iyun 2018 05:17 (UTC +04:00)

İsrail aviasiyası Qəzza zolağında bir neçə obyektə zərbələr endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Hərbi təyyarələr üç sahədə HƏMAS qruplaşmasına məxsus 10-dək hədəfə zərbələr endirib.

Məlumata görə, zərbələr fələstinlilərin raket atmasına cavab olaraq endirilib.

Dağıdılmış hədəflər arasında silahların istehsalı və saxlanılması üzrə iki obyektin və bir hərbi təyinatlı tikilinin olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR