Nazir: “Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyəti rəqabətədavamlıdır”

Nazir: “Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyəti rəqabətədavamlıdır”
# 05 iyun 2018 13:20 (UTC +04:00)

“Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının keyfiyyəti rəqabətədavamlıdır”.

APA-Economics”in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxışı zamanı bildirib.

“Bu məhsulları Avropa tələblərinə və standartlarına uyğun olaraq Avropa bazarlarına çıxarmağı nəzərdə tuturuq. Bu, gələcək ticarətin olduqca vacib aspektlərindən biridir”, - deyə İ. Kərimov əlavə edib.

Nazirin sözlərinə görə, kənd təsərrüfatı möhkəm təhsil sisteminə əsaslanmalıdır: “Çünki kənd təsərrüfatı sahəsində təhsilin təkmilləşdirilməsinə və yaxşılaşdırılmasına çalışmalıyıq. Nəticə etibarilə kənd təsərrüfatı məhsullarının ticarəti məsələsinə gəldikdə, düşünürük ki, aqrar sahədə ticarətə rəvac verməliyik. İstehsalçıları istehlakçılarla bir araya gətirməliyik. Yəni davamlı və dayanıqlı kənd təsərrüfatından danışırıqsa, əsas məsələlər bununla ölçülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR