ABŞ dövlət sərhədinin pozulması cəhdlərinin sayı artıb

ABŞ dövlət sərhədinin pozulması cəhdlərinin sayı artıb
# 07 iyun 2018 03:43 (UTC +04:00)

Bu ilin may ayında miqrasiya ilə bağlı prezident Donald Trampın sərt siyasəti fonunda ABŞ dövlət sərhədini qeyri-qanuni yolla keçməyə cəhd edənlərin sayı 2 min nəfər artıb.

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı Daxili Təhlükəsizlik Xidmətinə istinadən xəbər verib.

Məlumata əsasən, aprel ayında 38 234 nəfər ABŞ keçməyə cəhd edib. May ayında isə bu rəqəm 40 400-ə yüksəlib.

Qeyd edək ki, mayın 24-də prezident D.Tramp qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində yeni tədbirlərin görüləcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR