Əfqanıstanda namaz zamanı 4 nəfər öldürülüb

Əfqanıstanda namaz zamanı 4 nəfər öldürülüb
# 07 iyun 2018 08:32 (UTC +04:00)

Əfqanıstanın cənub-şərqində terror törədilib.

APA-nın “1TV”yə istinadən verdiyi xəbərə görə, hadisə Xost əyalətinin mərkəzində yerləşən məscidlərdən birində baş verib. Naməlum şəxslər məsciddə namaz qılan 4 nəfəri öldürüb, 3 nəfərə isə xəsarət yetirib.

Hadisənin detalları barədə ətraflı məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR