Vilyam Gil: "ABŞ TANAP layihəsinin başa çatmasından məmnundur"

Vilyam Gil: "ABŞ TANAP layihəsinin başa çatmasından məmnundur"
# 08 iyun 2018 14:03 (UTC +04:00)

"ABŞ TANAP layihəsinin başa çatmasından məmnundur və bu layihənin işə düşməsini dəstəkləyir".

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil deyib.

V. Gil qeyd edib ki, ABŞ əvvəldən Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir: "TANAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. Ötən həftə Səngəçalda Cənub Qaz Dəhlizi layihəsinin açılış mərasimində də iştirak etdim. Mərasimdə prezident İlham Əliyev çıxışında ABŞ-ın bu layihəyə verdiyi güclü siyasi dəstəyi, Beynəlxalq Maliyyə qurumlarının dəstəyinin vacib olduğunu deyib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR