Azərbaycan millisinin futbolçusu Portuqaliya klubuna keçib

Azərbaycan millisinin futbolçusu Portuqaliya klubuna keçib
# 11 iyun 2018 22:58 (UTC +04:00)

Milli komandamızın hücumçusu Renat Dadaşov özünə yeni klub tapıb.

Apasport.az saytının məlumatına görə, gənc forvard karyerasını Portuqaliyada davam etdirəcək.

O, “Eştoril”lə anlaşıb. Bu barədə sözügedən klubun rəsmi saytı xəbər yayıb.

Amma transferin şərtləri haqqında məlumat verilməyib.

Qeyd edək ki, Renatın yeni komandası “Eştoril” son mövsüm Portuqaliya Premyer Liqasında sonuncu yeri tutaraq elitanı tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR