Lavrov "Normand dördlüyü”nün görüşünü faydalı adlandırıb

Lavrov "Normand dördlüyü”nün görüşünü faydalı adlandırıb
# 11 iyun 2018 23:52 (UTC +04:00)

Ukraynada münaqişənin nizamlanması üzrə “Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) XİN rəhbərlərinin görüşündə siyasi islahatlar və iqtisadi məsələlər müzakirə olunub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Berlində keçirilmiş görüşün nəticələrini şərh edərkən deyib.

“Əlbəttə ki, Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlı bütün problemləri həll edə bilmədik. Bununla belə, düşünürəm ki görüş çox faydalı oldu", deyə S.Lavrov bildirib.

Onun sözlərinə görə, tərəflər təhlükəsizlik, siyasi islahatlar, iqtisadiyyat, humanitar problemlər sahəsində vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Almaniyanın paytaxtında "Normand dördlüyü" xarici işlər nazirlərinin görüşü keçirilib. Nazirlər Ukraynada münaqişənin nizamlanma yollarını müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR