Ağstafada fərdi evdə yanğın olub

Ağstafada fərdi evdə yanğın olub
# 12 iyun 2018 04:40 (UTC +04:00)

Ağstafada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonunun Xətai kəndində ümumi sahəsi 600 m2 olan ( hər mərtəbəsi 300 m2 ) 7 otaqlı evin 1-ci mərtəbəsinə yığılmış 50 ton ot bağlamasının 15 tonu yanıb.

Ot bağlamasının və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR