Gürcüstan-Azərbaycan sərhədindən Türkiyəyə 4-4,5 saata getmək mümkün olacaq

Gürcüstan-Azərbaycan sərhədindən Türkiyəyə 4-4,5 saata getmək mümkün olacaq
# 12 iyun 2018 15:54 (UTC +04:00)

Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” gömrük-keçid məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” məntəqəsinə qədər yolu 4-4,5 saat müddətinə qət etmək mümkün olacaq.


APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini İrakli Karseladze diplomatik korpus, biznes qurumları və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, bu, Rikoti yolunda avtobanın, eləcə də Kveşeti-Kobi yolunda tunel və avtomobil yolunun inşası hesabına mümkün olacaq: “Rikoti yolu Şərq-Qərb dəhlizinin inkişafında irəliləyiş olacaq. Əgər bu gün Qırmızı körpüdən Sarpiyə qədər olan yolu qət etmək 7-8 saat tələb edirsə, bu müddət 4-4,5 saata qədər azalacaq. Hərəkətin sürəti də artırılacaq, bəzi hallarda isə sürət hətta iki dəfə artacaq”.

Nazir müavini Kveşeti-Kobi yolunda 9 kilometrlik tunelin inşasının planlaşdırıldığını və tunel vasitəsilə Stepantsminda istiqamətində istənilən hava şəraitində hərəkətin mümkün olacağını qeyd edib. İ. Karseladze vurğulayıb ki, tikinti işləri ilə bağlı tender bu ay elan olunacaq: “Layihənin dəyəri təxminən 2 milyard dollar təşkil edir. Tikinti işləri 2019-cu ilin yanvarında başlayacaq və 2021-2022-ci illərdə başa çatacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR