Gürcüstanın xarici ticarəti 24,5% artıb

Gürcüstanın xarici ticarəti 24,5% artıb
# 13 iyun 2018 10:12 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 4 mlrd. 894,8 mln. dollar təşkil edib.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinə istinadla verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 24,5% artıb.

Hesabat dövründə qonşu ölkənin ixracı 28% artaraq 1 mlrd. 284,7 mln. dollar, idxalı isə 23,3% artaraq 3 mlrd. 610,1 mln. dollar təşkil edib.

Ticarət kəsiri isə 2 mlrd. 325,4 mln. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR