Bakıda 1.2 milyon manatlıq dələduzluq edən qadınla bağlı ekspertizanın rəyi açıqlanıb

Bakıda 1.2 milyon manatlıq dələduzluq edən qadınla bağlı ekspertizanın rəyi açıqlanıb
# 13 iyun 2018 10:56 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1,2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə tibbi ekspertizanın rəyi açıqlanıb. Rəydə qeyd edilib ki, H. Allahverdiyeva cinayəti törədərkən anlaqlı vəziyyətdə olub.

Sonra cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmə baxışı iyunun 20-nə təyin edilib.

İttihama görə, H.Allahverdiyeva Bakıda şirkət yaratmaq adı ilə 6 nəfərdən 1,2 milyon manat alaraq onları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Daha əvvəl bu işlə bağlı eyni instansiyada cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlinib. Məhkəmə onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.

Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Şikayət Bakı Apellyasiya Məhkəməsində, hakim Faiq Qasımovun icraatında araşdırılıb.

Məhkəmə araşdırması zamanı yenidən psixi ekspertiza keçirilib və H.Allahverdiyevanın sağalması barədə rəy verilib.

Bundan sonra məhkəmə qərarı ilə hökm ləğv edilib və işin yenidən araşdırılması üçüm Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilməsi barədə qərar çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR