"Bakcell" şirkəti təbii fəlakətdən zərər çəkmiş bölgələrin sakinlərinə dəstək göstərib

"Bakcell" şirkəti təbii fəlakətdən zərər çəkmiş bölgələrin sakinlərinə dəstək göstərib
# 13 iyun 2018 15:15 (UTC +04:00)

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti Göyçay və Zaqatalada baş vermiş təbii fəlakətdən zərər çəkmiş bölgələrin sakinlərinə dəstək məqsədilə bir sıra tədbirlər həyata keçirib.

"Bakcell"dən "APA-Economics"ə verilən məlumata görə, bir müddət əvvəl Göyçay rayonunda baş vermiş güclü sel və Zaqatalada baş vermiş zəlzələ ilə əlaqədar olaraq "Bakcell" şirkəti həmin bölgələrdə yaşayan "Bakcell" abunəçilərinə ölkə daxilində bütün istiqamətlərə zənglər üçün pulsuz 150 dəqiqə təqdim edib. Dəqiqələrin istifadə müddəti 15 gün təşkil edir.

Həmçinin, "Bakcell" şirkətinin nümayəndələri Zaqatala rayonuna səfər edib və qarşıdan gələn müqəddəs Ramazan bayramı ilə əlaqədar olaraq aztəminatlı və imkansız ailələrə bayram sovqatı paylayıblar.

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan əhalisinin sosial müdafiəsi baxımından əhəmiyyətli olan layihələri daim diqqət mərkəzində saxlayır. "Bakcell" insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edən Korporativ Sosial Məsuliyyət layihələri və xeyriyyə təşəbbüsləri həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR