Trampın Nobel mükafatına namizədliyi təklif edilib

Trampın Nobel mükafatına namizədliyi təklif edilib
# 14 iyun 2018 08:18 (UTC +04:00)

Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair sazişə verdiyi töhfəyə görə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi təklif edilib.

APA-nın “İnterfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu təşəbbüslə Norveç Tərəqqi Partiyasının iki üzvü çıxış edib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ evə gələndən 9 ay sonra Nobel sülh mükafatına layiq görülmüşdü. O, beynəlxalq diplomatiya və xalq arasında əməkdaşlığın gücləndirilməsi üçün müstəsna səylərinə görə mükafatlandırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR