Bakının əsas yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının əsas yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 14 iyun 2018 08:17 (UTC +04:00)

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Azadlıq meydanı, Neftçilər prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

“Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR