Alimin evindən 1 milyon manatlıq oğurluq edən xadimənin məhkəməsinə şahidlərin məcburi gətirilməsinə qərar verilib

Alimin evindən 1 milyon manatlıq oğurluq edən xadimənin məhkəməsinə şahidlərin məcburi gətirilməsinə qərar verilib
# 14 iyun 2018 09:49 (UTC +04:00)

Bakıda alimin evindən külli miqdarda pul və qızıl oğurlamaqda təqsirli bilinən Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər haqqında məcburi gətirilmə qərarı çıxarılıb. Məhkəmə iclası iyunun 27-dək təxirə salınıb.

İttihama görə, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyevanın Nəsimi rayonundakı mənzilində qulluqçu işləyən Xanım Zeynalova 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlayıb.

Xanım Zeynalovanın oğurluğu Aqşin adlı tanışı vasitəsi ilə törətdiyi məlum olub.

Ümumilikdə təqsirləndirilən şəxslər zərərçəkmişin 539 min dollarını və 179 min manat məbləğində qızıl-zinət əşyasını ələ keçiriblər.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR