Azərbaycanda neft hasilatı 1,2% artıb, qaz hasilatı 8,2% azalıb

Azərbaycanda neft hasilatı 1,2% artıb, qaz hasilatı 8,2% azalıb
# 14 iyun 2018 09:58 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 14 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-may aylarına nisbətən 0,3% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 16,1 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 7,2 mlrd. kubmetr təşkil edib.

Bu ilin yanvar-may aylarında ölkədə 16 132 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2017-ci ilin yanvar-may ayının göstəricilərinə nisbətən 1,3% çoxdur. Bu il iyunun 1-nə 206,5 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 16 110,3 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 1,2% artıb.

2018-ci ilin yanvar-may ayı ərzində ölkədə 11 810,6 mln. kubmetr təbii qaz istehsal olunub. Bu, 2017-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 0,9% çoxdur. Bunun 7 181,1 mln. kubmetri əmtəəlik təbii qazdır ki, bu da daha əvvəlki illə müqayisədə 8,2% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR