Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var

Ağstafada iki avtomobil toqquşub, xəsarət alan var
# 14 iyun 2018 11:37 (UTC +04:00)

Ağstafada bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 460-cı kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21012” və “Toyota Prado” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR