Nazir: "Ötən tədris ili Azərbaycan üçün uğurlu olub"

 Nazir: "Ötən tədris ili Azərbaycan üçün uğurlu olub"
# 14 iyun 2018 12:52 (UTC +04:00)

Təhsil naziri Ceyhun Bayramov 20 nömrəli məktəb-liseydə respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri ilə görüşüb.

APA-nın xəbərinə görə, görüş zamanı təhsil naziri bildirib ki, 2017/2018-ci tədris ili Azərbaycan üçün uğurlu olub.

Nazir qeyd edib ki, məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinə kimi - bütün pillələrdə akademik göstəricilərdə davamlı, müsbət dinamika müşahidə edilib.

Görüşün sonunda şagirdlərə diplomlar təqdim edilib, xatirə şəkli çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR