Quba və Qusarda torpaqların elektron kadastr məlumat bazası yaradılacaq

Quba və Qusarda torpaqların elektron kadastr məlumat bazası yaradılacaq
# 14 iyun 2018 12:59 (UTC +04:00)

Quba və Qusar rayonlarında torpaqların elektron kadastr məlumat bazasının yaradılması nəzərdə tutulur.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Qusarda elektron kadastr uçotunun aparılması torpaqların təyinatı, kəmiyyət və keyfiyyət göstəricisi üzrə real elektron kadastr məlumat bazasının yaradılmasına və dəqiq xəritələrin tərtibinə səbəb olacaq. Buradan torpaqların qiymətləndirilməsi, bonitirovka məlumatları əsasında hansı ərazilərin daha çox iqtisadi fayda verəcəyi müəyyənləşəcək.

Qeyd edilib ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin tətbiqi ilə mövcud torpaq sahəsinin hazırkı real sahə ölçüsü ilə, hüquqmüəyyənedici sənədlərdəki leqal ölçüləri arasında mövcud uyğunsuzluqlar aradan qalxacaq. Həyata keçirilən bu layihə nəticəsində torpaq idarəetməsində dövlət nəzarəti daha da təkmilləşəcək. Belə ki, elektron kadastr məlumatları qanunsuz tikililərin, zəbt olunmuş, istifadədən kənar qalan torpaq sahələrini müəyyənləşdirməyə şərait yaradacaq. Eləcə də bu sistemin hər iki rayonda istifadəyə verilməsi vətəndaşların əmlaklarına dair çıxarış alması prosesini daha sadə və çevik həyata keçirməyə imkan yaradacaq.

Tədbirdə rayon üzrə reallaşacaq olan elektron kadastr məlumat bazasının tətbiqi və rəqəmsal xəritələr ilə bağlı iştirakçıları maraqlandıran suallar layihənin mütəxəssisləri tərəfindən cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR