I rübdə Azərbaycana pul köçürmələri üzrə müsbət saldo 159 mln. manata yaxınlaşıb

I rübdə Azərbaycana pul köçürmələri üzrə müsbət saldo 159 mln. manata yaxınlaşıb
# 14 iyun 2018 13:57 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycana göndərilən pul baratlarının həcmi 19,8% artaraq 241,7 mln. dollara çatıb.

"APA-Economics" xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-mart ayları üçün tədiyyə balansında öz əksini tapıb.

Hesabat dövründə ölkədən çıxarılan pul baratlarının həcmi isə 8% artaraq 83,2 mln. dollar olub. Nəticədə pul baratları üzrə 158,5 mln. dollar müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR