Bu il Azərbaycanda 130 minik avtomobili istehsal olunub

Bu il Azərbaycanda 130 minik avtomobili istehsal olunub
# 14 iyun 2018 14:39 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 110,3 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 16,1 dəfə artıb, maşın və avadanlıqların istehsalı 9,9%, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,5% azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 640 ədəd traktor, 130 ədəd minik avtomobili istehsal olunub, mancanaq dəzgahlarının istehsalı 3,5 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 7,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR