BŞTİ: 2018-2019-cu tədris ilində I sinfə 50 mindən çox uşağın qəbulu proqnozlaşdırılır

BŞTİ: 2018-2019-cu tədris ilində I sinfə 50 mindən çox uşağın qəbulu proqnozlaşdırılır
# 14 iyun 2018 16:10 (UTC +04:00)

"2017-2018-ci dərs ilində Bakı şəhərində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib".

APA-nın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2017-2018-ci tədris ili ilə bağlı hesabatında bildirilib.

Hesabatda deyilir ki, 2018-2019-cu dərs ilində 217 məktəbdə 483 təmayül sinfinin açılacağı planlaşdırılıb.

Qeyd olunub ki, 2018-2019-cu tədris ili üçün I sinfə mektebeqebul.edu.az <http://mektebeqebul.edu.az/> saytı vasitəsilə 42 000-dən çox sorğu yerləşdirilib: "Onlardan təxminən 39 000-i ümumi təhsil məktəbini, 3 500-ü lisey və gimnaziyanı seçib. Bu, paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 85 faizinə yaxın göstəricidir. 2018-2019-cu tədris ilində I sinfə 50 000-dən çox uşağın qəbulu proqnozlaşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR