Pompeo: “Tramp Rusiyanın G7-yə qayıdacağına əmindir”

Pompeo: “Tramp Rusiyanın G7-yə qayıdacağına əmindir”
# 28 iyun 2018 00:34 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Rusiyanın “Böyük yeddiliyə” (G7) qayıdacağına əmindir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Senatda keçirilən dinləmələrdə bəyan edib.

“Prezident Minsk razılaşmalarının yerinə yetirilməsindən asılı olmayaraq Rusiyanın G7-yə qayıdacağına əmindir. Rusiyanın bu kimi mühüm geostrateji müzakirələrdə iştirakı qaçılmazdır”, deyə M.Pompeo qeyd edib.

Bununla belə M.Pompeo bildirib ki, Rusiyaya qarşı sanksiya rejimi qüvvədə qalmalıdır: “Çalışacağıq ki, Avropa ölkələri də bunun vacibliyini dərk etsinlər”.

Qeyd edək ki, hazırda Ağ Ev ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüşün Finlandiya paytaxtı Helsinkidə keçirilməsi imkanını nəzərdən keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR