Tramp qeyri-leqal miqrantları məhkəmənin qərarı olmadan deportasiya etməyə çağırıb

Tramp qeyri-leqal miqrantları məhkəmənin qərarı olmadan deportasiya etməyə çağırıb
# 01 iyul 2018 04:35 (UTC +04:00)

“Qeyri-leqal miqrantlar məhkəmənin qərarı olmadan ölkədən deportasiya edilməlidirlər”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində bildirib.

“Biz onları dərhal, məhkəmə qərarı olmadan geri göndərməliyik. ABŞ-da qeyri-qanuni miqrantların deportasiyası üçün məhkəmə qərarının olmasını tələb edən qanunlar dünyanın ən səfeh qanunlarıdır”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, bu arada ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinin əleyhinə yüzlərlə kütləvi etiraz aksiyaları təşkil olunub. Aksiyalar Boston, Vaşinqton, Denver, Nyu-York və Dallasda təşkil olunub.

Etirazçılar sərhəddə saxlanılan qanunsuz miqrantların uşaqlarının valideynlərinə qaytarılmasını tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR