“Olimpiya” – “Qarabağ” matçının hakimləri bəlli olub

“Olimpiya”  – “Qarabağ” matçının hakimləri bəlli olub
# 04 iyul 2018 13:16 (UTC +04:00)

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) matçının hakimləri müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qarşılaşmanı Belçikadan olan hakimlər idarə edəcək.

İyulun 11-də baş tutacaq matçda Lourens Visser fit çalacaq. Oyunun yan xətt hakimləri Karel de Roker və Co de Veyrdt olacaq. Matçın dördüncü hakimi funksiyasını Bram van Drieşe yerinə yetirəcək. Lyublyanada baş tutacaq qarşılaşmanın hakim-inspektoru litvalı Paulius Maljinskas olacaq.

Qeyd edək ki, Lyublyana şəhərinin “Stojitse” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR