Nazir: "Azərbaycanın meşə fondu o qədər də böyük deyil"

Nazir: "Azərbaycanın meşə fondu o qədər də böyük deyil"
# 11 iyul 2018 08:39 (UTC +04:00)

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) "Milli Meşə Proqramının yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması" mövzusunda tədbir keçirilir.

APA-nın xəbərinə görə, tədbirin açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, BMT və Dünya Bankının ekspertləri, Türkiyədən nümayəndə heyəti və ETSN-nin əməkdaşları iştirak edirlər.

FAO-nun Azərbaycanda müxtəlif layihələrdə iştirak etdiyini xatırladan M. Babayev bildirib ki, Azərbaycanın meşə fondu o qədər də böyük deyil.

Nazirin sözlərinə görə, Azərbaycanda meşə fondunun inkişafı, yeni yaşıllıqların salınması ilə bağlı çox sayda proqramlar hazırlanıb: "Biz meşəçilik sahəsində FAO təşkilatının və qardaş Türkiyə Respublikasının təcrübəsini öyrənmək niyyətindəyik".

M. Babayev deyib ki, Azərbaycanda meşələrin inventarlaşma proqramına başlanılıb: "Proqram çərçivəsində meşə fonduna hansı ərazilərin aid olduğu müəyyən ediləcək, meşələrin xəritələləri hazırlanacaq".

M. Çakmak qeyd edib ki, FAO tərəfindən Azərbaycanda meşələrin inkişafına dəstək veriləcək.

Tədbir çıxışlarla davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR