Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var

Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 11 iyul 2018 16:12 (UTC +04:00)

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Faxralı kəndində "Mercedes” lə “VAZ 2199” markalı avtomoibllərin toqquşması nəticəsində “VAZ” da olan iki nəfər, Faxralı kənd sakinləri, 1973-cü il təvəllüdlü Şəmşir Süleymanov və 1981-ci il təvəllüdlü Mədət Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR