FHN Şəmkir rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb

FHN Şəmkir rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb
# 11 iyul 2018 22:01 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəmkir rayonunda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı dağlıq ərazidəki meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb və yanğın saat 18:25-də söndürülüb.

Yanğın nəticəsində 10 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb. Meşə zolağının qalan sahəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR