"Bakı Dairəvi-1" və Bakı-Quba yolunda yararsız təhlükəsizlik sədləri təmir edilir

"Bakı Dairəvi-1" və Bakı-Quba yolunda yararsız təhlükəsizlik sədləri təmir edilir
# 12 iyul 2018 07:40 (UTC +04:00)

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə "Bakı Dairəvi-1" avtomobil yolunda, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollunun 45-52-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, işlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

"Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR