“Qızıl Qran Pri” turnirində iştirak edəcək Azərbaycan güləş yığmasının heyəti açıqlanıb

“Qızıl Qran Pri” turnirində iştirak edəcək Azərbaycan güləş yığmasının heyəti açıqlanıb
# 25 aprel 2008 14:39 (UTC +04:00)
Bakı. Elşən Məmmədov-APA-Sport. Aprelin 27-də Bakı İdman Sarayında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin xatirəsinə start götürəcək “Qızıl Qran Pri” turnirinin final mərhələsinin proqramı açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, üç gün davam edəcək yarışda sərbəst, yunan-Roma və qadın güləşi üzrə əvvəlki iki “Qran Pri” turnirlərində ilk “8-liy”ə düşən idmançılar mübarizə aparacaqlar. Yarışın ilk günündə yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaqlar. Ölkəmizi Natiq Bağırov (55 kq), Vitali Rəhimov, Fuad Əliyev (hər ikisi 60 kq), Fərid Mansurov (66 kq), İlqar Abdulov (74 kq) və Şalva Qadabadze (84 kq) təmsil edəcək. Ertəsi gün sərbəst güləşçilər qüvvələrini sınayacaqlar. Ölkəmizdən Namiq Abdullayev (55 kq), Emin Əzizov, Ramazan Əbdürəhmanov (hər ikisi 66 kq), Aqil Quliyev (74 kq), Novruz Temrezov (84 kq) və Xetaq Qazyumov (96 kq) güləşəcək. Turnirin son günündə qadın pəhləvanlar mübarizəyə qoşulacaqlar. Bu növdə isə Mariya Stadnik (48 kq), Elvira Mürsəlova, Sona Əhmədli (hər ikisi 59 kq), Olesya Zamula (63 kq) və Mariya Kaçina (67 kq) yarışacaq. Hər çəkidə birinci yeri tutacaq güləşçi 5000, finalçı 3000, bürünc mükafatçılar isə hərəyə 2000 dollar mükafata sahib çıxacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR