Bakıda minik avtomobili ilə yük maşını toqquşub - FOTO - VİDEO

Bakıda minik avtomobili ilə yük maşını toqquşub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 oktyabr 2014 04:19 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Xutor qəsəbəsi, Eldar Babayev küçəsində qeydə alınıb.

Vüqar Süleymanov idarə etdiyi "Mercedes"lə hərəkətdə olarkən qəsəbədəki ara yoldan əsas yola çıxmaq istəyən sürücü Rəşad Ağayevin sükanı arxasında olduğu "MAZ" markalı zibil daşıyan yük maşını ilə toqquşub.

Baş verən qəzada xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Qəzadan sonra hər iki sürücü baş verən hadisəyə görə bir-birilərini günahkar biliblər. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gələnə kimi qəzaya səbəb olan Vüqar Süleymanov hadisə yerindən qaçıb.

Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR