“Unicapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 45% azalıb

“Unicapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 45% azalıb
# 03 iyun 2024 17:59 (UTC +04:00)

“Unicapital İnvestisiya Şirkəti” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ildə “Unicapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 45% azalaraq 223 min 786 manat təşkil edib. 2022-ci ildə investisiya şirkətinin xalis mənfəəti 406 min 896 manat idi.

Hesabat dövründə şirkətin xalis faiz gəlirləri 24.8% azalaraq 119 min 223 manat, qeyri-faiz gəlirləri 4.3% artaraq 2 milyon 589.9 min manat, qeyri-faiz xərcləri 13.2% azalaraq 2 milyon 413.8 min manat təşkil edib. Beləliklə şirkət 295,3 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da əvvəlki illə müqayisədə 42% azdır.

2024-cü il 1 yanvar tarixinə “Unicapital İnvestisiya Şirkəti”nin cəmi aktivləri əvvəlki illə müqayisədə 11% və ya 2 milyon manat artaraq 20 milyon 426.9 min manat, cəmi öhdəlikləri isə 10.7% və ya 1 milyon 814.2 min manat artaraq 18 milyon 716.4 min manat təşkil edib.

Eyni dövrdə investisiya şirkətinin cəmi kapitalı əvvəlki illə müqayisədə 15% artaraq 1 milyon 710.6 min manata yüksəlib.

Qeyd edək ki, “Unicapital İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı 300 min manatdır, səhmlərinin 100%-i isə “Unibank” ASC-yə məxsuzdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR