Azərbaycanın müxtəlif bölgələrinə göndəriləcək arxeoloji ekspedisiyaların sayı azaldılıb

Azərbaycanın müxtəlif bölgələrinə göndəriləcək arxeoloji ekspedisiyaların sayı azaldılıb
# 25 iyul 2014 13:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu il Azərbaycanın müxtəlif bölgələrinə göndəriləcək arxeoloji ekspedisiyaların sayı azaldılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova APA-ya açıqlamasında bildirib ki, respublika üzrə bəzi ekspedisiyalar və qazıntılar bu il təxirə salınıb. Onun sözlərinə görə, əvvəllər ölkə üzrə 40-a yaxın arxeoloji ekspedisiya aparılırdısa, bu il bu say azaldılaraq 31 arxeoloji ekspedisiya fəaliyyət göstərəcək.

M.Rəhimova qeyd edib ki, bundan əlavə, fəaliyyət göstərəcək 4 etnoqrafik ekspedisiya Qəbələ-İsmayıllı, Quba-Xaçmaz, Xınalıq-Şamaxı və İsmayıllı rayonlarında tədqiqatlar aparacaq: “Hər il bölgələrdəki ekspedisiyalar may-iyun ayında başlanılırdı. Lakin bu il bizdən asılı olmayan səbəblərdən ekspedisiyalar iyunun sonralarından başlanacaq. Tədqiqatlar Gəncə-Qazax, Mil-Muğan, Tovuz, Şəmkir, Qəbələ, Ağcabədi, Ağdamın işğal olunmayana hissəsində və digər ərazilərdə aparılacaq. Ekspedisiyalar sentyabr-oktyabr ayında davam edəcək. Qazıntılar aparılan ərazidə yeni bir sensasion məlumat olduqda bu barədə təcili məlumat verilir. Lakin tədqiqatların hamısının nəticəsi onlar başa çatandan sonra açıqlanır və ictimaiyyətə bu barədə məlumat verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR