Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB
# 04 may 2024 07:42 (UTC +04:00)

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

APA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

***

03.05.2024

Saat 23:10

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

APA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Bildirilib ki, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR