Bakıda yol qəzası baş verib, ölən və xəsarət alanlar var

Bakıda yol qəzası baş verib, ölən və xəsarət alanlar var
# 07 iyun 2015 07:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, yol qəzası paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Bakı şəhər sakini Qabil Rəşid oğlu İsmayılovun idarə etdiyi “VAZ 2109” markalı, 10-MB-147 dövlət nömrə nişanlı avtomobil 1947-ci il təvəllüdlü Fəxrəddin Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə F. Əliyev və oğlu Fərid, digər avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub.

Q. İsmayılovun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Rəna Lətifova hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR