Bank Of Baku

Avstraliyada polis insanlara bıçaqla hücum edən yeniyetməni güllələyib

Avstraliyada polis insanlara bıçaqla hücum edən yeniyetməni güllələyib
# 05 may 2024 10:08 (UTC +04:00)

Avstraliya polisi qitənin qərb sahilində bıçaqla kişiyə hücum edən 16 yaşlı gənci güllələyib, gənc ölüb.

APA xəbər verir ki, bu barədə Qərbi Avstraliya Polis Departamenti məlumat yayıb.

Polis komissarı Pol Blanş deyib ki, Perth avtomobil parkında silahlı hücum barədə xəbərdən sonra əməkdaşlar hadisə yerinə gedib.

O, yeniyetmənin daha sonra xəstəxanada dünyasını dəyişdiyini qeyd edib. Onun sözlərinə görə, polislər onlara hücum etməyə cəhd edən gənci zərərsizləşdiriblər. 16 yaşlı gənc böyük mətbəx bıçağı ilə tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Avstraliya və Okeaniya ölkələri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR