Azərbaycanda oğlan uşaqları arasında 5 yaşınadək ölüm halları qız uşaqlarına nisbətən daha yüksəkdir

Azərbaycanda oğlan uşaqları arasında 5 yaşınadək ölüm halları qız uşaqlarına nisbətən daha yüksəkdir
# 08 iyul 2014 14:33 (UTC +04:00)

Bakı. Könül kamilqızı - APA. Azərbaycanda 2013-cü ildə ana ölümünün səviyyəsi 2012-ci illə müqayisədə 2,7 faiz azalıb. Dövlət Statistika Komitəsindən APA-y verilən xəbərə görə, 2013-cü ildə ölkədə 25 ana ölümü faktı qeydə alınıb. 2012-ci ildə isə ölkədə 26 ana ölümü faktı baş verib.

Statistik məlumatlarda qeyd olunub ki, ötən il ölkədə 1 yaşa qədər ölən uşaqların sayı 1862 nəfər olub. Bunlardan 1459-u şəhər yerlərində, 403-ü isə kənd yerlərində qeydə alınıb. Hər 1000 nəfər diri doğulan uşaqdan 10.8 nəfəri 1 yaşına qədər ölüb. Onlardan 17.3-ü şəhər, 4.4-ü isə kənd yerlərində qeydə alınıb.

Məlumata görə, 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə körpə ölümü şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub. Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir.

Ötən il Azərbaycanda 5 yaşadək ölən uşaqların sayı 2234 nəfər olub. Onlardan 1247-si şəhər, 987-si isə kənd yerlərində qeydə alınıb. Ölkədə hər 1000 nəfər diri doğulan uşaqlardan 12.9-u 5 yaşınadək ölüb. Bu hallardan 13-ü şəhər, 12.8-i isə kənd yerlərində qeydə alınıb.

Bütövlükdə oğlan uşaqları arasında ölüm hallarının qız uşaqlarına nisbətən daha çox olduğu açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR