Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-yə səfər etməkdən imtina edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-yə səfər etməkdən imtina edib
# 02 may 2024 23:37 (UTC +04:00)

Gürcüstanın Baş naziri ABŞ-yə getməkdən imtina edib.

APA xəbər verir ki, buna səbəb rəsmi Vaşinqtonun parlamentdə “Xarici agentlər” haqqında qanun layihəsinə baxılmasını dayandırmağı tələb etməsi olub.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Gürcüstanın Baş naziri ABŞ-yə səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərtli səfərin həyata keçirilməsi isə qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”, - deyə bəyanatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR