Salyanda Muğan Babazanlı abidələrinin 2800 illiyi ilə əlaqədar böyük yubiley şənliyi keçirilib - FOTOSESSİYA

Salyanda Muğan Babazanlı abidələrinin 2800 illiyi ilə əlaqədar böyük yubiley şənliyi keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 24 oktyabr 2014 17:53 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyan rayonunda Muğan Babazanlı abidələrinin 2800 illiyi ilə əlaqədar böyük yubiley şənliyi keçirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin 29 oktyabr 2013-cü il tarixdə “Muğan Babazanlı abidələrinin 2800 illik yubileyinin qeyd edilməsi barədə” imzaladığı sərəncama əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Salyan rayon İcra Hakimiyyəti ilə birlikdə tədbirlər planı hazırlanıb.

Bu məqsədlə keçirilən təntənəli yubiley şənliyində Milli Məclisin deputatları, ətraf rayonların icra hakimiyyəti başçıları, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri, mədəniyyət və turizm nazirliyinin rəsmiləri, milli elmlər akademiyasının arxeologiya institutunun əməkdaşları və şəhər ictimaiyyəti və incəsənət xadimləri iştirak ediblər.

Xarici qonaqlar və ölkə rəsmiləri əvvəlcə Salyan rayonunun bayraq meydanında qarşılanıb və orada qısa konsert proqramından sonra şəhər mərkəzində nəzərdə tutulmuş geniş yubiley şənliyinə qatılıb.

Yubiley şənliyində müxtəlif pavilyonlarda Azərbaycan tarixini əks etdirən eksponatlar, milli-mənəvi mədəniyyətimizi əks etdirən teatrlaşdırılmış səhnələr öz əksini tapıb. Həmçinin xarici qonaqlara milli kulinariyamızda hazırlanan yeməklərdən dadmaq imkanları da yaradılıb.

Tədbirdə qədim dövrləri imitasiya etməklə ticarət meydanlarını əks etdirən guşələr, bazar meydanları, ovçuluq, dulusçuluq, xalçaçılıq və sair bu kimi sənətkarlıq nümunələrinin hazırlandığı çoxsaylı fraqmentlər yer alıb. Yubiley şənliyinə respublikanın müxtəlif bölgələrindən gələn məşhur incəsənət kollektivləri, rəqs qrupları, folklor ansamblları, rayonun tələbə və şagirdləri müxtəlif konsert proqramları ilə çıxışlar ediblər.

Yubiley şənliyi atəşfəşanlıqla sona yetib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR