Rusiya Avropa İttifaqı ordusunun yaradılması ideyası ilə bağlı bu qurumdan izahat xahiş edib

Rusiya Avropa İttifaqı ordusunun yaradılması ideyası ilə bağlı bu qurumdan izahat xahiş edib
# 10 mart 2015 10:17 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov bildirib ki, Moskva söhbətin nədən getdiyini bilmək istəyir: “Son 10 ildə avropalı siyasilər müxtəlif səviyyələrdə bu mövzuya toxunublar. Yunkerin bu dəfə nə demək istədiyini bizim üçün təxmin etmək çətindir”.

Qeyd edək ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa İttifaqının vahid ordusunun yaradılması təklifi ilə "Welt am Sonntag" qəzetinə müsahibəsi zamanı çıxış edib. Yunker qeyd edib ki, ümumavropa ordusunun yaradılması ilə Avropa həm Avropa İttifaqına üzv olan, həm də qonşu dövlətlərdə sülhə yaranan təhdidlərin qarşısını ala bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR