Bəzi Şərqi Avropa ölkələrinin vətəndaşları Ukraynanın şərqində separatçıların tərəfində döyüşür

Bəzi Şərqi Avropa ölkələrinin vətəndaşları Ukraynanın şərqində separatçıların tərəfində döyüşür
# 16 avqust 2014 11:46 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, “DPA” agentliyi bunu Şərqi Avropa ölkələrində apardığı sorğunun nəticələrinə əsasən açıqlayıb.

Qeyd olunur ki, Şərqi Avropadan Ukraynaya rusiyayönümlü separatçıların sırasında döyüşməyə gedən əksər “könüllü”lər sağ və milliyyətçi çevrələrə aid şəxslərdir.

Onların arasında Polşa, Çexiya, Bolqarıstan, Latviya, Serbiya vətəndaşları var. Çexiya KİV-i Brno şəhərindən olan bədən tərbiyəsi müəllimi İvo Steyskalın Donetskdəki separatçılara qoşulması barədə yazır.

Qeyd edək ki, Çexiya qanunları vətəndaşlara NATO üzvü olmayan ölkələrin və qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməyi qadağan edir. Qanuna görə, bu qadağanı pozan şəxslər bir neçə il həbs cəzasına məruz qala bilərlər.

Latviyadan olan 3 nasional-bolşevikin də separatçılara qoşulduğu deyilir.

Bir müddət əvvəl Polşa mətbuatı bir qrup sağ radikalın Donetskdə separatçıların cəbhəsində vuruşması barədə məlumat yaymışdı. İki Bolqarıstan vətəndaşının da separatçılara dəstək üçün Ukraynaya getməsi barədə məlumat var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR