Türkiyəni "bir göz qırpımında" dolaşmaq mümkündürmü? - REPORTAJ

Türkiyəni "bir göz qırpımında" dolaşmaq mümkündürmü? - <span style="color: red;">REPORTAJ
# 29 oktyabr 2014 13:29 (UTC +04:00)

Qloballaşan dünyanın sürəti, ritmi ilə ayaqlaşmaq üçün mübarizəyə Türkiyə də qatılıb. İlk sürət qatarının istifadəyə verilməsindən 50 il keçməsinə baxmayaraq, karvana yeni qatılan Türkiyə dəmir yolu tarixində inqilab sayılacaq layihəni həyata keçirərək bu sahəyə Çindən sonra ən çox sərmayə qoyan ölkə oldu. Bu gün sürət qatarı Türkiyənin əvəzedilməz nəqliyyat növüdür. Dünyada ilk sürət qatarı yaponlar tərəfindən 1964-cü ildə Tokioda istifadəyə verilən "Şinkansen"dir. Bu qatar Tokio-Osaka arasındakı yolu saatda 200 kilometr sürətlə getməyi bacardı. Avropada ilk sürət qatar xətti 1981-ci ildə Paris və Lyon arasında salındı. Sürəti saatda 300 kilometr...

Beləcə, bu nəqliyyat vasitəsi dünyada həm sərnişin daşımada rahatlığı, həm də zamana qənaət baxımından bir çox ölkənin diqqətini çəkdi və nəhəng büdcələr ayrıldı. Bu işdə uğur qazanan ölkələrin siyahısının başında Çin durdu. Çin 2020-ci ilədək 300 milyard dollar xərcləyərək 25 min kilometrlik yüksək sürət qatarı şəbəkəsinə sahib olmağı planlaşdırır. Türkiyədən Əskişəhər və Konya səfərimizi sürət qatarı ilə gerçəkləşdirdik. Rahat və tez zaman içərisində mənzilə yetişdik. Sürət qatarının açılması ilə bu texnologiyadan istifadə edən Türkiyə Avropada 6-cı, dünyada 8-ci ölkə olub. Burda ilk sürət qatarı 2009-cu il Ankara-Əskişəhər yolunda açılıb. Saatda 250 kilometr hərəkət edən qatarın relsdə işə düşməsinə qədər 17, 5 milyon avro xərclənib. Daha sonra Ankara- Konya xətti sərnişinlərin istifadəsinə verilib. Ankara-İstanbul xətti isə bu ilin iyulun fəaliyyətə başlayıb. 523 kilometr dəmir yolunun çəkilişinə 1 milyard avrodan çox vəsait xərclənib. İritutumlu avtobuslar Ankara-İstanbul arasındakı məsafəni təxminən 6 saata qət etdiyi halda, yeni sürət qatarı mənzil başına 3,5 saata çatır. Ankara ilə İstanbul arasında gün ərzində hər birinə 6 vaqon qoşulmuş 12 qatar hərəkət edir. 1856-cı illərdə ilk dəmiryolu xəttini istifadəyə verən Türkiyə bu gün dünya ölkələri arasında kəskin rəqabətə girib. Sürət qatarı Türkiyədə şəhərlərarası səyahət edən sərnişinlər üçün rahatlıq və təhlükəsizlik baxımından ən önəmli nəqliyyat vasitəsi sayılır. Sürət qatarının sürücüləri də APA TV-yə bunu təsdiq etdilər.

"Sürət qatarımızda iki cür nəqliyyat növü var. Vətəndaşlarımız bilet almaqda çətinlik çəkir. Ən az bir gün əvvəlcədən bilet almaq məcburiyyətindədirlər".

"Türkiyədə sürət qatarında 92 maşinist dostlarımız çalışır. Kilometr olaraq dünyanı 72 dəfə dolandıq. 2 milyon yarımdan çox insanı daşımışıq".

O zamandan bu günə qədər 10 milyondan çox insan bu nəqliyyat vasitəsindən istifadə edib. Bu, həm də sürət qatarı ilə səyahət etməyi xəyal edən vətəndaşlar üçün hədiyyə olub. Sərnişinlər çox rahat olduqlarını və mənzil başına vaxtında çatdıqlarını bildirdilər.

"Sürət qatarı doğrudan da çox rahat və gözəldir. Bu, həm də bizim sahib olduğumuz haqdır. Bu gün bundan istifadə edirik. Çox rahatdır. "Noutbook"umu da açdım, rahatlıqla internetdən istifadə edirəm. Burdan azərbaycanlı qardaşlarımıza salam göndərirəm, onları çox sevirik".

"Əslən Konyalıyam, mənim üçün çox rahatdır. Çünki bir saat yarıma, iki saata Konyaya gedib gələ bilirəm. Azərbaycanlı bir müəllimim var, onunla birlikdə onun ölkəsinə getmək istəyirəm. Biz onsuzda türk olduğumuz üçün bu fərqli bir duyğudur. İnşallah bu qatar yolları, təyyarələr, avtobuslarla bu qardaşlığımız daha sıx əlaqədə olacaq. Onları çox sevirik".

Türkiyədə dəmiryolu ilə səyahət artıq başqa bir məna daşıyır. Zamanı qabaqlamağa hesablanmış bu yarış təyyarələrdən sonra indi relslər üzərindədir. Türkiyə sürət qatarı şəbəkəsini 2023-cü ilədək 10 min kilometrə qədər artırmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR