Azərbaycanla Beynəlxalq Valyuta Fondu arasında məsləhətləşmələr olub

Azərbaycanla Beynəlxalq Valyuta Fondu arasında məsləhətləşmələr olub
# 21 oktyabr 2014 13:52 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. 21 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri, fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin müşaviri Raca əl-Mərzuqinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri, 2014-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, gələcək inkişaf planları, cari ilin dövlət büdcəsinin icrası və 2015-ci il üzrə dövlət büdcəsinin parametrləri müzakirə olunub, xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımlar qeyd olunub.

Həmçinin, qeyri-neft sektoru üzrə büdcə daxilolmaları və investisiya proqramı da daxil olmaqla hökumətin orta müddətli əsas maliyyə məqsədlərinə diqqət yetirilib, regional geosiyasi gərginliyin ölkəmizə və onun iqtisadi inkişafına ehtimal olunan riskləri və mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR