Mərkəzi Bankda ölkənin əsas bank rəhbərləri ilə görüş keçirilib

Mərkəzi Bankda ölkənin əsas bank rəhbərləri ilə görüş keçirilib
# 06 may 2024 11:57 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankında (AMB) ölkənin əsas bank rəhbərləri ilə görüş keçirilib.

"APA-Economics" xəbər verir ki bu barədə AMB sədri Taleh Kazımov özünün "X" hesabında qeyd edib.

"Azərbaycan Banklar Assosiasiyasının rəyasət heyətinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşdük. Görüşdə cari ilin ilk rübünün nəticələrini və sektorun gündəmində olan mühüm məsələləri nəzərdən keçirdik. Həmçinin makroiqtisadi amillər, banklararası bazarda və ümumilikdə sektorda mövcud olan meyillər ətrafında fikir mübadiləsi apardıq" - Mərkəzi Bank sədri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR