Azərbaycan prezidenti portuqaliyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti portuqaliyalı həmkarını təbrik edib
# 09 iyun 2015 15:34 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Anibal Kavaku Silvanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR