Cəlilabadda kütləvi zəhərlənmə baş verib - VİDEO

Cəlilabadda kütləvi zəhərlənmə baş verib - <span style="color: red;">VİDEO
# 29 may 2015 10:46 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad rayonunda kütləvi zəhərlənmə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Göytəpə şəhərində qeydə alınıb. Tovuz rayonunun Ağdam kəndindən Göytəpəyə hərbi andiçmə mərasiminə yaxın qohumlarının yanına gəlmiş 18 nəfərdən 7-si özləri ilə gətirdikləri qidanı qəbul etdikdən bir neçə saat sonra vəziyyətləri pisləşib, halsızlıq və ürəkbulanma əlamətləri müşahidə olunub. Onlar dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

İlkin versiya kimi xəstəxanaya qəbul olunmuş 1951-ci il təvəllüdlü Ədalət Bayramov, 1943-cü il təvəllüdlü Həsənova Minayə Qoca qızı, 1980-ci il təvəllüdlü Həsənova İlhamə Tağı qızı, 1963-cü il təvəllüdlü Həsənova Aygül Zeynalabdin qızı, 2010-cu il təvəllüdlü Əsədov Murad İlqar oğlu, 2003-cü il təvəllüdlü Həsənov Pənah Qoca oğlu və 1964-cü il təvəllüdlü Rüstəmov Qurban Tapdıq oğlunun yedikləri dolmadan zəhərləndikləri ehtimal olunur. Onlardan Ədalət Bayramovanın vəziyyəti hələlik ağır olaraq qalır.

Zəhərlənən şəxslərin qəbul etdikləri yeməklərdən nümunələr götürülərək Bakıya müayinəyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR