Qırğızıstanın Azərbaycanla ticarət dövriyyəsi kəskin azalıb

Qırğızıstanın Azərbaycanla ticarət dövriyyəsi kəskin azalıb
# 29 avqust 2015 08:39 (UTC +04:00)

Bakı. Qırğızıstanın Azərbaycanla ticarət dövriyyəsi kəskin azalıb.

APA-Economics” Qırğızıstanın Milli Statistika komitəsinə istinadən xəbər verir ki, bu ilin 6 ayında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsinin həcmi 3,7 mln. ABŞ dolları olub. Bu, 2014-cü ilin yanvar-iyun aylarından 61,86% və ya 6 mln. ABŞ dolları azdır.

Bu ilin iyul ayının 1-nə olan statistik göstəriciləri təhlil edəndə məlum olur ki, Qırğızıstanın Azərbaycanla ticarət dövriyyəsində idxalın həcmi ixracı üstələyib. Başqa sözlə, bu ilin 6 ayında Qırğızıstan Azərbaycana 0,9 mln. ABŞ dolları həcmində mal ixrac edib. Hesabat dövründə bu ölkə Azərbaycandan 2,8 mln. ABŞ dolları həcmində mal alıb.

Qırğızıstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin 24%-i ixrac, 76%-i isə idxal əməliyyatlarının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR