Cəlilabadda ev əşyaları ilə birgə yanıb

Cəlilabadda ev əşyaları ilə birgə yanıb
# 22 yanvar 2017 19:39 (UTC +04:00)

Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Hacıməmmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan kürsülü, birmərtəbəli, 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR