QHT-lərin illik maliyyə hesabatlarının təqdim edilməsi qaydası dəyişib

QHT-lərin illik maliyyə hesabatlarının təqdim edilməsi qaydası dəyişib
# 02 aprel 2016 23:45 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Qayda QHT-lərin, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin illik maliyyə hesabatlarının formasını, məzmununu və təqdim edilməsi qaydasını müəyyən edir.

Qaydaya əsasən Maliyyə Nazirliyi illik maliyyə hesabatlarını təqdim etməyən QHT-lər, habelə xarici dövlətlərin QHT-lərin filial və nümayəndəlikləri barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Dəiyşikliyə əsasən Maliyyə Nazirliyinin Ədliyyə Nazirliyinə məlumat verməsi ilə bağlı müddət müəyyənləşdirilib, inzibati məsuliyyətə cəlb olunmuş QHT-lər ilə bağlı da konkret tələb qoyulub. Başqa sözlə, bundan sonra Maliyyə Nazirliyi illik maliyyə hesabatlarını təqdim etməyən və yazılı surətdə xəbərdarlıq edilmiş və ya inzibati məsuliyyətə cəlb olunmuş QHT-lər, habelə xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəlikləri barədə Ədliyyə Nazirliyinə hər il avqustun 1-dək məlumat verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR