Müdafiə Nazirliyində vətəndaşların qəbul edilməsi işinin təşkilində dəyişiklik olunub - CƏDVƏL

Müdafiə Nazirliyində vətəndaşların qəbul edilməsi işinin təşkilində dəyişiklik olunub - <span style="color: red;">CƏDVƏL
# 18 avqust 2015 10:23 (UTC +04:00)


Bakı. Ağa Cəfərli-APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq, müəyyən olunmuş qaydada tədbirlər görmək, habelə vətəndaşların qəbul edilməsi işinin səmərəli təşkili məqsədilə qəbul qaydalarında bəzi dəyişikliklər edilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hərbi qulluqçuların və digər vətəndaşların müraciətlərinə diqqət və qayğının artırılması məqsədilə Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslərin qəbul günləri müəyyən olunub.

Əmrə əsasən Silahlı Qüvvələr və Qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə və əlahiddə hərbi hissə (gəmi) komandirləri və digər müəssisə rəisləri də müəyyən edilmiş vaxtlarda vətəndaşları qəbul etməli və müraciətlərə baxmalıdırlar.

Nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu müəyyən olunmuş günlərdə saat 16.00-dan 18.00-dək Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində və digər yerlərdə həyata keçiriləcək.

Azərbaycan Respublikası Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri

Azərbaycan Respublikasının Müdafiə naziri

hər ayın 2-ci həftəsinin çərşənbə axşamı günü

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi

hər ayın 2-ci həftəsinin cümə günü

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi

hər ayın 1-ci həftəsinin çərşənbə axşamı günü

Мüdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı

hər ayın 1-ci həftəsinin cümə günü

Мüdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi

hər ayın 3-cü həftəsinin şənbə günü

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisi

hər ayın 3-cü həftəsinin çərşənbə günü

Tibb Baş İdarəsinin rəisi

hər ayın 1-ci həftəsinin cümə axşamı günü

Təşkilat Səfərbərlik İdarəsinin rəisi

hər ayın 3-cü həftəsinin cümə axşamı günü

Şəxsi Heyət Baş İdarəsi - Kadrlar İdarəsinin rəisi

hər ayın 4-cü həftəsinin cümə günü

Şəxsi Heyət Baş İdarəsi - Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi

hər ayın 3-cü həftəsinin çərşənbə axşamı günü

Hüquq İdarəsinin rəisi

hər ayın 4-cü həftəsinin çərşənbə günü

Maliyyə və Büdcə İdarəsinin rəisi

hər ayın 3-cü həftəsinin cümə günü

İşlər İdarəsinin rəisi

hər ayın 4-cü həftəsinin şənbə günü

Bakı Qarnizonunun rəisi

hər ayın 2-ci həftəsinin cümə günü

Vətəndaşların qəbul vaxtı

saat 16.00-dan – 18.00-dək

Vətəndaşların qəbul yeri

Müdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər Evi

Ünvan

Bakı şəhəri, S.Vurğun küçəsi, 12. (“Sahil” metro stansiyasının yaxınlığında)

Qəbula yazılma vaxtı

hər gün saat 14.00-dan 18.00-dək (istirahət, bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla)

Əlaqə telefonu

(012) 493-50-26

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR